“Bravo”da müştəri qıza sataşan mühafizəçi işdən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

“Bravo”da müştəri qıza sataşan mühafizəçi işdən qovuldu

Sosial

11 Mart 2022 14:37 789


Metronun “20 yanvar” stansiyasının yaxınlığında yerləşən “Bravo” supermarketinin mühafizəçisinin gənc qıza “ilişməsi” ona baha başa gəlib.

Yenisabah.az-ın məlumatına görə, xəbəri Sunay Heydərli adlı şikayətçi qızın özü Facebook-dakı “Müştərinin səsi” qrupunda ictimailəşdirib.

“Mobil nömrə balansımı “Bravo”dakı “MilliÖN” aparatında artıranda yaxınlıqda dayanmış mühafizəçi bunu görüb. Nömrəmi yadında saxlayaraq, bir neçə saatdan sonra mənə yazıb narahat etməyə başladı. Müştəriyə "Xanım marketdəki "oxranam", xoşuma gəldiniz, 8 mart bayramınız mübarək" yazmaqla özündə cəsarət tapan belə “mühafizəçi”ni işə götürən mağazalar şəbəkəsinə sözüm yoxdur. Əgər “MilliÖN”də nömrəyə balans vurmağa da çəkinəcəyiksə, daha nə söyləyim”, - deyə hadisəni sosial şəbəkədə ictimailəşdirən xanım “Bravo”nun rəhbərliyini onu tez-tez narahat edən - zəng vuran, şəkil göndərən əməkdaşla bağlı müvafiq ölçü götürməyə çağırıb.\Modern.az Dördpendirli pizza

Vətəndaşın müraciəti ictimailəşəndən sonra “Bravo”nun rəhbərliyi olaya reaksiya verib.

Şikayətçi qız sosial şəbəkədə yazdığı növbəti qeyddə ona “ilişən” mühafizəçinin artıq işdən qovulduğunu bildirərək, “Bravo”nun rəhbərliyinə təşəkkür edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!