Braziliyalı yarımmüdafiəçi “Neftçi”dən gedir 
21 May 2020 12:39
455

Braziliyalı yarımmüdafiəçi “Neftçi”dən gedir 

Dario Frederikonun «Neftçi»də qalmayacağı dəqiqləşib.

Yenisabah.az Sportinfo-ya istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi buradan ayrılmaq istədiyini klub rəhbərliyinin diqqətinə çatdırıb.

Cənubi amerikalı legioner 1 il qüvvədə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında pozmaq niyyətindədir.

Ötən 2 ildə iki dəfə «Neftçi»yə gedib-gəlmiş Dario bu dəfə Azərbaycanı birdəfəlik tərk etməyə hazırlaşır. «Sambaçı»nın Küveyt və BƏƏ (Dubay) klublarından bir neçə təklifi var.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər