Brilyant Dadaşovadan Vətən müharibəsi iştirakçısına hörmətsizlik - Video

saytların hazırlanması

Evə çatdırılma

Brilyant Dadaşovadan Vətən müharibəsi iştirakçısına hörmətsizlik - Video

Şou

11 Oktyabr 2021 18:32 4202


Xalq artısti Brilyant Dadaşova İkinci Qarabağ müharibəsi iştirakçısına hörmətsizlik edib.

Yenisabah.az xəbər verir ki, İkinci Qarabağ müharibəsi iştirakçısı Nicat Tağıyev “Səs Azərbaycan” yarışmasına qatılıb.

O, “Xarı bülbül” mahnısını ifa edib. Dördpendirli pizza

Xalq artisti Tünzalə Ağayeva “nə gözəl mahnı seçmisən, hardan belə bu “Xarı bülbül” eşqi” deyəndə 24 yaşlı ifaçı özünü Qarabağ müharibəsinin iştirakçısı oldğunu elan edib. Bu zaman zalı alqış səsləri bürüyüb və hər kəs ayağa qalxıb. Bundan sonra aparıcı “hər kəs, elə biz də Nicat Tağıyevi ayaq üstə alqışlayırıq”, – deyə bildirib.

Jürilər də daxil olmaqla hamı 24 yaşlı Qarabağ iştirakçısını ayaq üstdə alqışlasa da, münsiflərdən Brilyant Dadaşova özünə əziyyət verib ayağa belə qalxmayıb. Bundan ürəyi soyumayan Xalq artısti ifaçıya mahnının sözlərində də dəyişiklik etdiyini vurğulayıb.

Onun İkinci Qarabağ müharibəsi iştirakçısına hörmətsizliyi cəmiyyətdə böyük qınağa səbəb olub.

/Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bayram Hacibalayev
    Brlyant oglun gizleyende analar bir evden iki Sehid verdi indi dalina niye eziyyet vermirki ? Vermezde gerek ogluda gedeydi o stresi yasayaydi diger analar kimi bu olkenin havasin udub suyun icib coreyin yeyib bahali heyati brilyant ve onu kimiler ele o qardaslarin hesabina edibler
    5 years ago
  • Anar
    Erməni musqiciye əla deyen,kilsədə şam yandırın xristanlara dua eden özünü böyük karifey hesab eden reallıqda musiqiçi kimi qəbul olunmayan ve neticede müharibə iştirakçısına ve seçimine deyər verməyi bacarmayan mənasız yerə kresloda oturan "münsif" Ümumiyyətlə burdakı "münsiflərə"baxanda adamı gülmək tutur heç birinin sənəti yoxdu.oxumaq hara sənət hara bunlar hara.)))
    5 years ago