Britaniya kral ailəsinin həkimi müəmmalı şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

Britaniya kral ailəsinin həkimi müəmmalı şəkildə öldü

Dünya

07 Oktyabr 2026 20:49 104


Britaniya kral ailəsinin terapevti Hanna Terri İngiltərənin şərqindəki Norfolk qraflığında, Sandrinqem malikanəsinin yaxınlığındakı evində ölü tapılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, 45 yaşlı Terrinin meyiti oktyabrın 4-də aşkarlanıb. Bildirilir ki, qadın küt əşyanın başına vurulması nəticəsində ölüb. Hazırda onun əri Mark Keyn qətldə şübhəli bilinir. O, daha əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Sezar pizza

Nəşr qeyd edir ki, Hanna Terri Sandrinqem malikanəsində olduğu müddətdə kral ailəsinin yüksəkvəzifəli üzvlərini müalicə edib.

Qəzetin mənbələrinin sözlərinə görə, Böyük Britaniya Kralı III Çarlza və Kraliça Kamillaya Terrinin ölümü barədə məlumat verilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!