Britaniya kralının qardaşı şahzadə titulundan məhrum edildi

saytların hazırlanması

Evə çatdırılma

Britaniya kralının qardaşı şahzadə titulundan məhrum edildi

Dünya

31 Oktyabr 2025 01:45 289


Britaniya kralı III Çarlzın qardaşı şahzadə Endryu "şahzadə" titulundan məhrum ediləcək və Vindzor qəsri ərazisindəki kral apartamentlərini tərk etməyə məcbur olacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bukingem sarayı tərəfindən yayılan məlumatda deyilir.

Məlumata görə, kral III Çarlz şahzadə Endryunun rəsmi müraciət, titul və ehtiram göstərilməsi hüququndan məhrum edilməsi barədə rəsmi prosedura başlayıb. Marqarita pizza

Həmçinin şahzadə Endryuya "Royal Lodge" iqamətgahının icarəsinin dayandırılması barədə rəsmi bildiriş təqdim edilib.

"Sky News" telekanalının məlumatına görə, bundan sonra monarxın qardaşı Endryu Mauntbetten Vindzor kimi tanınacaq.

BBC yayım korporasiyası isə onun Norfolk qraflığındakı Sandrinqem kral malikanəsinə köçəcəyini və yaşayış xərclərini kralın öz vəsaitindən qarşılayacağını bildirir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!