Böyük Britaniya Xarici İşlər Nazirliyi Livanın paytaxtı Beyrutdakı səfirliyinin bəzi əməkdaşlarını geri çağırıb.
Yenisabah.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, Britaniya hakimiyyəti Livandakı səfirliyin bəzi əməkdaşlarının müvəqqəti olaraq geri çağırıldığını elan edib.
Bundan əlavə, onlar Böyük Britaniya vətəndaşlarına Təl-Əviv və Qəzza zolağı arasındakı münaqişə səbəbindən İsraillə həmsərhəd olan bu ölkəyə səyahət etməkdən çəkinməyi tövsiyə ediblər. Dördpendirli pizza
Hələ də Livanda olan britaniyalılara kommersiya uçuşları davam edərkən ölkəni tərk etmələri tövsiyə olunub.
Telegram kanalımız