Böyük Britaniya Ukraynaya uzun mənzilli pilotsuz uçuş aparatları (PUA) göndərəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" Britaniya hökumətinə istinadən məlumat yayıb.
Bildirilir ki, Ukraynaya 200 km-dən çox mənzilə malik yüzlərlə PUA veriləcək. Britaniya hökuməti, həmçinin hava hücumundan müdafiə sistemləri üçün raketlərin də göndəriləcəyini qeyd edib. Dördpendirli pizza
Açıqlamada deyilir ki, PUA-lar bir neçə ay ərzində Ukraynaya gətiriləcək.
Xatırladaq ki, bu gün, mayın 15-də Ukrayna prezidenti Colodimir Zelenski Böyük Britaniyaya səfər edib. O, Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə danışıqlar aparacaq.
Telegram kanalımız