Britaniya uzaqmənzilli topları Ukraynaya təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

Britaniya uzaqmənzilli topları Ukraynaya təhvil verdi

Dünya

25 İyul 2022 16:38 810


Britaniyanın "L119" 105 millimetrlik yedəkli haubitsaları Ukrayna ərazisinə gətirilib.

Yenisabah.az xəbər verir ki, topların ötürülməsini əks etdirən videonu iyulun 25-də “Strana” nəşri yayıb.

Nəşrin iddia etdiyi kimi, haubitsalar artıq döyüş bölgəsinə çatıblar. pizza

Qeyd edək ki, İngilis "L119" 105 millimetrlik haubitsa helikopterlə çatdırıla və ya paraşütlə yerə endirilə bilən bir qurğudur. Beləliklə, onun maksimum atış məsafəsi 13,7 kilometrdir.

Xatırladaq ki, “Daily Telegraph” qəzeti daha əvvəl yazıb ki, Britaniya komandanlığı "L119" haubitsalarını Ukraynaya çatdırmağı planlaşdırır. Öz növbəsində, ötən həftə “Strana” nəşri Böyük Britaniyanın yeni yardım paketində 36 belə topun olacağını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!