Brüs Uillis bütün əmlakını satdı

saytların hazırlanması

Evə çatdırılma

Brüs Uillis bütün əmlakını satdı

Şou

03 Aprel 2022 11:23 568


Ağır xəstəlikdən əziyyət çəkən Brüs Uillis bütün əmlakını satışa çıxarıb.

Yenisabah.az "Page Six"ə istinadla xəbər verir ki, 67 yaşlı Hollivud aktyoruna afaziya diaqnozu qoyulub, bu, bütün dil qabiliyyətlərinə təsir edən qazanılmış nitq pozğunluğudur: danışma, anlama, oxumaq, yazmaq.

Brüs Uillis bir neçə ildir ki, səhhətinin düzəlməz dərəcədə pisləşəcəyi ana hazırlaşır. Aktyora yaxın mənbə bildirib ki, o, bir neçə malikanəsini və digər daşınmaz əmlakını satıb, hər şeyə görə təxminən 65 milyon dollar qazanıb. pizza hut

İndi aktyor vaxtının çox hissəsini həyat yoldaşı Emma Hemminq və iki qızı ilə Los-Ancelesdəki evində keçirəcək. PHemminq ərinə kömək etmək ümidi ilə bir neçə mütəxəssisə müraciət edib və onun təhlükəsizliyi üçün köməkçi tutub.

Uillisin ailəsi onun ağır xəstəlik səbəbindən karyerasını bitirdiyini təsdiqləyib. Belə bir diaqnozla filmlərdə aktyorluğa davam etmək mümkün deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!