BTC ilə Türkiyə üzərindən neft nəqli 8 faizdən çox azalıb

saytların hazırlanması

Evə çatdırılma

BTC ilə Türkiyə üzərindən neft nəqli 8 faizdən çox azalıb

İqtisadiyyat

19 Avqust 2026 12:05 56


Bu ilin yanvar-iyul aylarında Türkiyə ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 112,781 milyon barel neft nəql olunub.

“Yeni Sabah” Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,975 milyon barel və ya 8,1 faiz azdır.

Təkcə iyul ayında BTC vasitəsilə 15,847 milyon barel neft nəql edilib. Bu isə 2025-ci ilin iyul ayı ilə müqayisədə 1,101 milyon barel və ya 6,5 faiz azalma deməkdir. Toyuqlu pizza

Xatırladaq ki, 2025-ci il ərzində Türkiyə ərazisindən BTC kəməri ilə ümumilikdə 206,434 milyon barel neft nəql olunub.

Hazırda BTC əsasən Azərbaycandakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Kəmərlə həmçinin digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!