Bu cinayət cəzasız qalmayacaq - Rusiya XİN

saytların hazırlanması

Evə çatdırılma

Bu cinayət cəzasız qalmayacaq - Rusiya XİN

Dünya

03 Mart 2023 17:36 867


Bryansk vilayətində törədilən terror aktı cəzasız qalmayacaq.

Yenisabah.az “Sputnik”ə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda deyilir.

“Martın 2-də Rusiyanın Bryansk vilayətinin iki sərhəd kəndində ukraynalı diversantlar dəhşətli terror aktı həyata keçirib və bunu qəti şəkildə pisləyirik. Terrorçular Rusiya ərazisinə soxulub, iki dinc sakini öldürüb, 11 yaşlı uşağı ağır yaralayıblar”, – deyə bəyanatda qeyd olunur. pizza

Nazirlik bildirib ki, Ukrayna rəsmiləri bütün hərəkətlərinin ABŞ və digər NATO ölkələrinin razılığı və dəstəyi ilə həyata keçirildiyini dəfələrlə etiraf edib:

“Bryansk vilayətindəki qətllər NATO silahları ilə həyata keçirilib. Bu baxımdan, həmin dövlətlərin belə cinayətlərin iştirakçısı və terrorizmin sponsoru kimi təsnifləşdirilməsi haqlı sual doğurur.

Biz baş verənlərdən müvafiq nəticələr çıxarmışıq. Rusiyanın istintaq orqanları araşdırmaya başlayıb. Bu cinayət cəzasız qalmayacaq.

Xatırladaq ki, martın 2-də Bryansk qubernatoru Aleksandr Boqomaz təxribat-kəşfiyyat qrupunun Klimovsk qəsəbəsi ərazisinə Ukraynadan daxil olduğunu açıqlamışdı. Diversantlar hərəkətdə olan avtomobilə atəş açıb, nəticədə 2 nəfər ölüb.

Rusiya prezidenti Vladimir Putin Bryansk vilayətində baş verənləri terror adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!