Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Bu cür anonslar yolverilməzdir” - Müğənni həmkarının müdafiəsinə qalxdı
08 Dek 2021 17:10
1075

“Bu cür anonslar yolverilməzdir” - Müğənni həmkarının müdafiəsinə qalxdı

Aşıq Zülfiyyə İbadovanın adı ətrafında qalmaqal yaranıb. Zaur Nəbioğlunun təqdimatında yayımlanan "Bir dəqiqə" proqramının montaj prosesində edilən yanlışlıq sənətçini qınaqla üz-üzə qoyub. Qısa zamanda insanlar aşığın kiminsə ailəsini dağıtması ilə bağlı ittihamlar səsləndiriblər. O, bunu təkzib edərək anonsun qəsdən bu şəkildə efirə elə verildiyini deyib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülüstan Əliyeva aşıq Zülfiyyəni illərdir tanıdığını və bu tip anonsların telereytinq xətrinə yayımlandığını deyib:

“Belə bir şey həyatı boyu ola bilməz. Mən Zülfiyyəni illərdir tanıyıram, heç vaxt belə bir şey ola bilməz. Bunu insanlara belə təqdim ediblər. 

Biz məşhurlar belə şeylərlə çox rastlaşırıq, bəzən dediklərimizi kontekstdən çıxarıb başlığa verirlər. İnsanlar da təkcə başlığı oxuyub başlayırlar tənqidə. Bəzən verilişlər də ucuz üsullara əl atırlar. Məsələn, zəng edib verilişə dəvət edirlər, deyirlər ki, filankəsin yaradıcılıq gecəsidir, sizi də orada görmək istəyirik. Amma gedib görürsən ki, tamamilə başqa adamlar var, ümumiyyətlə, o mövzuda heç nə danışılmır, fərqli formatdır. Sən də əsəbi halda verilişdə oturursan, özünə söz verirsən ki, bir də bu verilişə gəlməyəsən.

Bu, jurnalistin, verilişi hazırlayanların səriştəsizliyidir. Bu, tamaşaçıda da hörmətsizlikdir. Tamaşaçıda sənətçiyə qarşı mənfi fikirlər formalaşdırır. Halbuki nəzərə almaq lazımdır ki, hər kəsin ailəsi var. Bu cür anonslar yolverilməzdir”.

Əsmətxanım

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər