Bu erməni qadının oğlu Qarabağda şəhid olub - Video

saytların hazırlanması

Evə çatdırılma

Bu erməni qadının oğlu Qarabağda şəhid olub - Video

Sosial

11 Dekabr 2023 00:13 1201


Mariya Karapetyan Azərbaycanda yaşayan minlərlə ermənidən biridir. Oğlu şəhiddir. Bəli, səhv oxumadınız. O, şəhid Samir Əliyevin anasıdır.

Yenisabah.az İTV-yə istinadən xəbər verir ki, Samir Əliyev 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biridir.

Taleyin işinə baxın ki, şəhid Samirin həyatına erməni anasının soydaşları son qoyub. İndi bu erməni qadının nə hisslər keçirdiyini demək çətindir. Mariya Karapetyan erməni olsa da, ürəyi Azərbaycanla döyünən, Vətən üçün çırpınan övlad yetişdirib. Vətənin, mərdliyin, kişiliyin milliyyəti olmur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!