25 Sentyabr - 06:47
Bu gecə telefonla danışmaq təhlükəlidir: DİQQƏT

Bu gecə telefonla danışmaq təhlükəlidir: DİQQƏT

Sosial

23 Sentyabr 2022 11:17 10457


Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

“Yeni Sabah” xatırladır ki, xəbərdə , sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq tədricən ayın 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bir sıra ərazilərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

FHN-nin xəbərdarlığında bildirilir ki, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!