Bu gün Azərbaycan ekoloqlarının peşə bayramıdır.
“Yeni Sabah” xəbər verir ki, 23 may dövlət başçısı İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamına uyğun olaraq hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Azərbaycanda ekologiyaya qayğı mövsümi, yaxud kampaniya xarakteri ilə deyil, məqsədyönlü olaraq həyata keçirilir. Burada əsas məqsəd ölkə əhalisinin sağlam ətraf mühitdə yaşamasının təmin olunmasına yönəlib. Son illər ölkəmizin müxtəlif ərazilərində, xüsusilə Abşeron yarımadasında yaşıllıq zolaqlarının salınması kütləvi hal alıb. Məlumdur ki, Abşeron yarımadasının torpaqları əkinə o qədər də yararlı deyil və bu zonada ağac böyütmək ağır zəhmət hesabına başa gəlir. Dominos pizza
Bunu göz önündə canlandırdıqda həqiqətən də hər bir ağacın böyüməsi üçün ekoloqların böyük enerji sərf etdiklərini söyləmək olar. Bu isə yuxarıda qeyd etdiyimiz kimi, insanların sağlamlığı və təmiz hava qəbul etməsinin təmin olunması üçün həyata keçirilir. Bu üzdən deyə bilərik ki, indi aldığımız hər bir nəfəsdə ekoloqların alın tərləri vardır.
Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda media ilə ən yüksək səviyyədə əlaqə qurmağı bacaran, mediada yayılmış neqativ xəbərlərlə bağlı araşdırma apararaq problemləri aradan qaldıran və bununla bağlı ictimaiyyətə açıq informasiya yayan dövlət qurumlarından biridir. “Yeni Sabah” kollektivi olaraq Azərbaycan ekoloqlarının peşə bayramını təbrik edirik.
Telegram kanalımız