Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək 

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək 

İdman

08 May 2024 10:20 712


Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək. 

Yenisabah.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" klubunu qəbul edəcək. 

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçın baş hakimi polşalı Şimon Marçinyak olacaq.  Dominos pizza

Münhendəki ilk matçda heç-heçə qeydə alınıb - 2:2. Qalib finalda Almaniyanın "Borussiya" (Dortmund) komandasına rəqib olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!