Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır.
"Yeni Sabah" xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.
Turnirin son qalibi, Fransanın PSJ klubu öz meydanında Almaniya nəhəngi “Bavariya”nı qəbul edəcək.
Erkən final adlandırılan oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Yarımfinalın digər qarşılaşmasında sabah “Atletiko” ilə “Arsenal” üz-üzə gələcək.
Telegram kanalımız