Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həbs olunmuş vəzifəli şəxslərinin adları məlum olub.
"Yeni Sabah" qafqazinfo.az-a istinadla xəbər verir ki, əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi keçirib.
Saxlanılanlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavinləri - Niyam Mədətsoylu, Şükür Əmrəliyev, Qaradağ rayon şöbəsindən isə Etibar Əliyev və Şamil Alıyevdir.
Sözügedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və başqa maddələrilə cinayət məsuliyyətinə cəlb ediliblər.
Telegram kanalımız