Bu gün məhv edilən erməni hərbçilərinin adları

saytların hazırlanması

Evə çatdırılma

Bu gün məhv edilən erməni hərbçilərinin adları

Rəsmi

01 Sentyabr 2023 16:21 958


Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatına qətiyyətli cavab verib. Görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb. 

Yenisabah.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiq edib. 

Yerli mətbuatın məlumatına görə, zərərsizləşdirilən erməni hərbçilərin adları  Andranik Antonyan və Arsen Mkrtçyandır. Onların hər ikisinin Masis (Zəngibasar) bölgəsindən olduğu bildirilir. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. 

Nəticədə üç hərbi qulluqçumuz yaralanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!