NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın aprelin 4-də alyansa qoşulacağını təsdiqləyib.
Yenisabah.az xəbər verir ki, bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahında Skandinaviya dövlətinin bayrağı qaldırılacaq.
“Bu, tarixi bir həftə olacaq. Biz Finlandiya bayrağını Brüsseldəki qərargahda qaldıracağıq və o, alyansın üzvü olacaq”, - Stoltenberq bildirib. pizza hut
Xatırladaq ki, NATO-ya üzv dövlətlərdən biri, əvvəllər Finlandiyanın üzvlüklə bağlı qeyd-şərti olan Türkiyə artıq həmin ölkənin Şimali Atlantika Alyansına üzvlüyü ilə bağlı protokolu rəsmən ratifikasiya edib.
Telegram kanalımız