Bu gün neft bazarı üçün kritik qərar veriləcək – Qiymətlər dəyişə bilər

saytların hazırlanması

Evə çatdırılma

Bu gün neft bazarı üçün kritik qərar veriləcək – Qiymətlər dəyişə bilər

İqtisadiyyat

05 İyul 2026 13:14 334


Bu gün Bakı vaxtı ilə saat 14:00-da OPEC + ölkələrinin (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair, Oman) iclası keçiriləcək. İclasda neft hasilatının 188 min barel artırılması müzakirə ediləcək.

“Yeni Sabah” xəbər verir ki, ABŞ-İran müharibəsi ilə əlaqədar Hörmüz boğazının bağlanması üzv ölkələri hasilatı azaltmaq məcburiyyəti qarşısında qoymuşdu. ABŞ ilə İran arasında razılaşmadan və boğazın açılmasından sonra hasilat kvotasının bərpa edilməsi məsələsi gündəmə gəlib. İclasda qəbul ediləcək qərar dünya bazarında neftin qiymətinə təsir göstərəcək. Mütəxəssislərin fikrincə, qərardan asılı olaraq neftin qiymətinin aşağı düşməsi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!