“Bu günə qədər Şuşaya gedənlərin ya haradasa adamları olub, ya da tapşırılıblar” - Xuraman Şuşalı

saytların hazırlanması

Evə çatdırılma

“Bu günə qədər Şuşaya gedənlərin ya haradasa adamları olub, ya da tapşırılıblar” - Xuraman Şuşalı

Şou

11 May 2021 12:45 3975


“Mən bir şuşalı olaraq ora gedib çıxa bilməmişəm, lakin şuşalılardan başqa hamı gedib çatıb. Belə baxıram ki, Şuşaya getməyə də tapşırıq lazımdır...”

Bu sözləri Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı deyib. Xanım sənətçi şuşalı olsa da, hələ də ata-baba yurduna gedib çıxa bilməməsindən gileylənib. O, işğaldan azad olunan Şuşa şəhərinə gedənlərin “tapşırıldığını” iddia edib:

“Hələ ki, mənə Şuşaya getmək qismət olmayıb. Allahın izni ilə mən də İnşallah, gedərəm. Əslində, televiziya kanallarımızla birgə gedəcəkdik, amma R.T.Ərdoğan gəlməlidir, dedilər ki, ona görə çəkilişlər hələlik təxirə salınıb. Düşünürəm ki, mən Şuşanın ən gözəl çağında ora gedəcəyəm. Amma bir məsələ var, çox qəribədir ki, bu günə qədər Şuşaya gedənlərin ya haradasa adamları olub, ya da tapşırılıblar. Bunu anlaya bilmirəm. Mən bir şuşalı olaraq ora gedib çıxa bilməmişəm, lakin şuşalılardan başqa hamı gedib çatıb. Belə baxıram ki, Şuşaya getməyə də tapşırıq lazımdır… Bu doğurdan belədir, acınacaqlı vəziyyətdir. Təəssüflər olsun ki, bu sarıdan da belə olduq. Əlbəttə, mənim də dost-tanışım var, amma heç kəsə zəng edib ağız açmıram. Bunu heç vaxt etməmişəm, heç zaman da etmərəm”. pizza

Qeyd edək ki, bir neçə ay öncə Xalq artistləri Tünzalə Ağayeva, Aygün Kazımova, Əməkdar artistlər Abbas Bağırov, Təyyar Bayramov, Almaz Orucova, Sevda Ələbərzadə və müğənni Azad Şabanov, Murad Arif və başqaları Şuşa şəhərinə yollanmışdı.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!