“Bu icra başçısı öz villasına yataqxana kimi baxırsa...” - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Bu icra başçısı öz villasına yataqxana kimi baxırsa...” - Açıqlama

Siyasət

23 Dekabr 2019 12:17 1499


“İndi də düşüblər İmişlinin icra başçısının üstünə ki, bəs adam "indiyədək yataqxanada yaşayıram" deyib. Hərfi mənada anlaşılmaması aydındır: bir icra başçısının bu formada yazıqlıq obrazı yaratması inandırıcı deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, mahiyyətcə icra başçısının doğru danışdığını düşünür:

“Bizdə insanların çoxluğunun düşüncəsində ev ya yataqxanadır, ya yeməkxana, ya da istirahətxanadır. Yaxud da mövcudluğunu qorumaq üçün daldalanmaxanadır. Ev nə yaratxanadır, nə kitabxana, nə də emalatxanadır!  pizza hut

O halda nə qədər böyük villan olursa olsun, yeni tikilidə nə qədər böyük mənzilin olursa olsun onun mahiyyəti sənin dünyagörüşünlə tənzimlənir. İndi bu icra başçısı öz villasına yataqxana kimi baxırsa, yenə də normaldır, yeməkxana kimi baxsaydı daha acınacaqlı olmazdımı?”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!