Bu il 207 azərbaycanlı Ukrayna universitetlərini bitirib 

saytların hazırlanması

Evə çatdırılma

Bu il 207 azərbaycanlı Ukrayna universitetlərini bitirib 

Sosial

16 İyul 2022 12:23 832


Ukraynada fevralın 24-dən davam edən müharibəyə baxmayaraq bu il 207 Azərbaycan vətəndaşı həmin ölkənin ali təhsil müəssisələrini bitirərək diplom alıb. 

Bu barədə “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Təhsil və Elm Nazirliyindən bildirilib.

Ölkədəki mövcud hərbi vəziyyət nəzərə alınaraq növbəti tədris ili üçün Azərbaycan vətəndaşlarının Ukrayna universitetlərinə qəbuluna gəlincə, nazirlikdən məlumat verilib ki, bu il ali təhsil səviyyəsi üzrə yeni qəbul proseduru təsdiqlənib: Marqarita pizza

“Xarici vətəndaşlar əyani və ya məsafədən təhsil ala bilərlər. 2022-ci ildə təhsil almaq üçün dəvət 1 il müddətində etibarlıdır. Vizasız rejimi nəzərə alaraq, Ukraynanın təhsil müəssisələrinə distant rejimdə daxil olmaq və təhsil almaq istəyən Azərbaycan vətəndaşları təhsil müəssisəsi ilə əlaqə saxlamalı və təhsil almaq üçün dəvət almalıdırlar. Daha sonra informasiya və konsaltinq dəstəyi üçün bir sıra xidmətlərə ödəniş edilməlidir. Abituriyent Ukraynanın Xarici İşlər Nazirliyində və ölkənin Azərbaycandakı səfirliyinin konsulluq şöbəsində təhsil haqqında sənədi leqallaşdırmalıdır (konsul leqallaşdırması və ya apostil).

Abituriyent onlayn şəkildə qəbul imtahanları verdikdən sonra isə poçtla təhsil haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini göndərilməlidir. Qeydiyyat kiçik bakalavr, bakalavr və ya magistr pillələri üzrə ildə üç dəfə, aspirantura və adyunkturaya isə bir il müddətində aparıla bilər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!