Bu il 50 min nəfərə əlillik təyin edilib

saytların hazırlanması

Evə çatdırılma

Bu il 50 min nəfərə əlillik təyin edilib

Sosial

13 Noyabr 2022 11:29 721


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 50,2 min şəxsə əlillik təyin edib. 

Bu barədə Yenisabah.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 16,7 min nəfərə ilkin, 33,5 min nəfərə təkrar əlillik təyinatı aparılıb. pizza sifarişi

Bu ilin 10 ayında əlillik təyin edilənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz çox olub.

Əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisələrinin elektron sistemə daxil etdiyi göndərişlər əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!