Bu ilin ilk Günəş tutulması başladı

saytların hazırlanması

Evə çatdırılma

Bu ilin ilk Günəş tutulması başladı

Sosial

08 Aprel 2024 20:26 520


Aprelin 8-də 2024-cü ilin ilk Günəş tutulması başlayıb.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bildirilib ki, bu hadisə tam Günəş tutulmasıdır. Tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək.

Tam tutulmanı Meksikadan, ABŞ və Kanadadan izləmək olacaq. Qismən tutulma isə Şimali Amerikanın, demək olar ki, hər yerindən, Atlantik və Sakit okeandan görünəcək. pizza

Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğu üçün bu hadisə müşahidə edilməyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!