Bu marketdə vaxtı keçmiş məhsullar satılırmış   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bu marketdə vaxtı keçmiş məhsullar satılırmış - FOTOLAR

Sosial

24 Fevral 2026 19:28 569


Mingəçevir şəhəri, Xocalı küçəsi 8 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Vəfa Razim qızı Əliyevaya məxsus "Yusif" marketdə plandankənar yoxlama keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı ciddi qanun pozuntusu aşkarlanıb. Belə ki, ümumilikdə 510 ədəd son istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulunun satışa çıxarıldığı müəyyən edilib. pizza

Faktla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Həmçinin, vaxtı keçmiş məhsulların satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və məhvi barədə müvafiq qərar qəbul olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!