Bu məcburi köçkünlərə verilən “çörəkpulu” dayandırılır 

saytların hazırlanması

Evə çatdırılma

Bu məcburi köçkünlərə verilən “çörəkpulu” dayandırılır 

Sosial

14 İyun 2023 11:22 34577


Minlərlə məcburi köçkün dövlət tərəfindən onlara verilən vahid aylıq müavinətdən məhrum olacaq. 

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən “çörəkpulu” avqust ayından etibarən dayandırılacaq. Bununla bağlı Hesablama Palatasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdiyi bildirilir. 

Məlumata görə, vahid aylıq müavinətdən məhrum olacaq məcburi köçkünlərin sayı təxminən 50 min nəfəri əhatə edəcək. Onların arasında dərzi, bərbər, ofisiant, pinəçi, satıcı və taksi fəaliyyətilə məşğul olan şəxslər də var.  Sezar pizza

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!