Efiopiya xalqı bu gün 2015-ci ilə daxil olub.
Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, Efiopiyanın rəsmi təqvimi "Həbəşə təqvimi" adlanır və təqvimin ilk günündə "Enkutataş bayramı", yəni yeni il mərasimləri keçirilir.
Təqvimə əsasən il 13 aydan ibarətdir. Ayların adları Efiopiya xalqına məxsus Amhar dilində yazılır. 12 ayın hər biri 30 gündən ibarətdir. 13-cü ay isə "Pagume" adlanır ki, bu da yunancadan tərcümədə “qalıq, artıq” deməkdir. 13-cü ay 5 gündən və hər 4 ildən bir isə 6 gündən ibarət olur. Dominos pizza
Həbəşə təqvimi dünya ölkələrinin istifadə etdiyi Qriqori təqvimindən 7 il 8 ay geridədir. Bu fərqin səbəbi isə Efiopiya xristianlarının dini inancları - İsa peyğəmbərin dünyaya gəlişi ilə bağlı olan fərqliliklərlə əlaqədardır.
Təqvimdə 13 ayın olmasının səbəbi isə Qədim Misir təqvimi ilə əlaqədardır. Bu təqvimə görə, Efiopiyada yeni ilin hər il 11 və ya 12 sentyabr tarixlərində Nil çayı özünün ən bol sulu dövrünü yaşayır və efiopiyalıların görə bu hadisə ölkəyə “yeni həyat” gətirir.
Telegram kanalımız