Bu ölkədə güclü zəlzələ baş verdi: Şəhərlər silkələndi

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə güclü zəlzələ baş verdi: Şəhərlər silkələndi

Dünya

26 May 2026 09:50 280


Çilinin şimalında 6.8 maqnitudalı güclü zəlzələ qeydə alınıb.

“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Antofaqasta bölgəsində baş verib. Çili Milli Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Kalamadan təxminən 12 kilometr cənubda yerləşib.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 17:52-də qeydə alınıb. Yeraltı təkanlar bölgədə ciddi şəkildə hiss olunub, bəzi ərazilərdə elektrik və su təchizatında problemlər yaranıb. Dördpendirli pizza

Çilinin Fövqəladə Hallar Xidməti (SENAPRED) ilkin olaraq insan itkisi və ya ciddi dağıntılar barədə məlumat verməyib. Rəsmilər həmçinin sunami təhlükəsinin olmadığını açıqlayıblar.

Qeyd edək ki, Çili Sakit okeanın “Odlar halqası” adlanan seysmik zonasında yerləşdiyi üçün tez-tez güclü zəlzələlərlə üzləşir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!