Bu ölkədə motosiklet sürmək qadağan olundu - İnanılmaz səbəb

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə motosiklet sürmək qadağan olundu - İnanılmaz səbəb

Dünya

14 Mart 2023 13:23 779


Nigeriyanın Katsina əyalətində silahlı şəxslərin hücumu nəticəsində onlarla adam həyatını itirib. 

Yenisabah.az xəbər verir ki,hadisə Katsina əyalətinin Kankara bölgəsində motosikletli silahlı şəxslər tərəfindən törədilib. Hücumda 22 nəfər həyatını itirib, xeyli sayda adam yaralanıb. 

Katsina polisinin sözçüsü Qambo İsah hücumu təsdiqləyib. Lakin ölənlərin sayı barədə məlumat verməyib. Hadisənin törədildiyi əraziyə təhlükəsizlik qüvvələrinin cəlb olunduğunu ifadə edən sözçü insident ilə bağlı istintaq başladıldığını qeyd edib.  pizza sifarişi

Son zamanlar motosikletli silahlı şəxslərin hücumlarında artım olduğuna görə ölkənin bəzi ərazilərində motosikletdən istifadə qadağan edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!