Konqo Demokratik Respublikasında Ebola virusu ilə bağlı vəziyyət ağır olaraq qalır. Xəstəlik artıq ölkənin 7 əyalətində 62 səhiyyə bölgəsinə yayılıb. Dörd aya yaxın müddətdə 7 200 yoluxma və 3 475 ölüm qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiologiya və Cavab Təhlili Bölməsinin rəhbəri Olivye Le Polen BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında bildirib ki, Ebola ölkədə geniş ərazidə yayılmaqda davam edir.
Onun sözlərinə görə, mayın 15-də epidemiyanın elan edilməsindən sonra sentyabrın 12-dək 7 əyalətdəki 62 səhiyyə bölgəsində 7 200 yoluxma və 3 475 ölüm qeydə alınıb. Sezar pizza
Le Polen bildirib ki, xəstəliyin qarşısının alınması üçün görünməmiş miqyasda tədbirlər həyata keçirilsə də, Ebola hələ də yeni ərazilərə yayılır.
ÜST rəsmisi bildirib ki, epidemiyanın gedişi ölkənin bütün bölgələrində eyni deyil.
İturi əyalətinin bəzi səhiyyə bölgələrində yoluxmaların azalmasına dair ilkin əlamətlər müşahidə olunur. Bununla belə, ötən həftə İturidə təxminən 300 yeni təsdiqlənmiş yoluxma və 160-a yaxın ölüm qeydə alınıb. Bu göstəricilər ölkə üzrə ümumi yoluxmaların təxminən 48 faizini təşkil edir.
İturidə yoluxmaların payı azaldığı halda, Şimal Kivuda əks vəziyyət müşahidə olunur. Son iki həftədə burada həftəlik yoluxma sayı təxminən 100-dən 200-dən yuxarı qalxıb. Şimal Kivu ölkədəki ümumi yoluxmaların təxminən 45 faizini təşkil edir. Yoluxmalar əsasən Beni, Butembo-Katva və ətraf ərazilərdə qeydə alınır.
Digər əyalətlərdə vəziyyətin nisbətən sabit olduğu bildirilir. Cənubi Kivuda isə may ayının sonundan etibarən yeni təsdiqlənmiş yoluxma qeydə alınmayıb.
Le Polen bildirib ki, ÜST Ebola epidemiyasının qarşısının alınması üçün Konqo Demokratik Respublikası hökumətinə dəstəyini davam etdirir. Təşkilat xəstəliyin izlənməsi, xəstəxanalarda çarpayı sayının artırılması, müalicə, logistika və yoluxmaların qarşısının alınması istiqamətində fəaliyyət göstərir.
ÜST rəsmisi gələcəkdə də epidemiyanın nəzarət altına alınması üçün Konqoya dəstəyin davam etdiriləcəyini bildirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız