“Bu sağ əlimlə qoyaram sifətinizdən...” – Kamildən nümunəvi addım   + Video

saytların hazırlanması

Evə çatdırılma

“Bu sağ əlimlə qoyaram sifətinizdən...” – Kamildən nümunəvi addım + Video

Şou

06 Aprel 2020 08:13 24796


Tanınmış idmançı Kamil Zeynallı  nümunəvi addım atıb. 

Yenisabah.az xəbər verir ki, o, xüsusi karantin rejimində imkansız ailələri ərzaqla təmin edir. 

Görüntüləri sosial şəbəkələrdə paylaşan idmançının addımını yüksək qiymətləndirənlər çox olsa da, bəziləri onun özünü reklam etdiyini yazıb.  pizza

Növbəti yardım videosunu paylaşan K.Zeynallı paylaşımları belə təşəbbüslərin sayının artması məqsədi ilə etdiyini bildirib:

"Bəzi tupoylar var idi, deyirdilər sağ əlin verdiyini sol əl bilməz. Ay savadsızlar, bax, bu gün üçündür göstərdiklərimiz, etdiklərimiz. Biz çəkib göstəririk, insanlar ayılır, yardım üçün həvəsə gəlirlər. 

Deyirlər elə sağ əlin etdiyini sol bilməz. Elə bu sağ əlimlə qoyaram sifətinizdən... Biz yardımlarımıza davam edirik, maşınlarımızı doldururuq, yenə ünvanlara göndərəcəyik. Onu da deyim ki, yaxşı ki, koronavirus oldu. Əvvəl heç kimin kasıblardan, pis vəziyyətdə yaşayanlardan xəbəri yox idi. Hamı yeyirdi, içirdi, restoranlarda, otellərdə olurdu, amma bilmirdi ki, belə vəziyyyətdə yaşayanlar var. Yaxşı ki, virus oldu və biz yardıma ehtiyacı olan insanları üzə çıxartdıq. Bundan sonra da diqqətli olaq, gəlin,  belə insanlara yardım edək".

Qeyd edək ki, sənət adamlarından da yardım kampaniyasına qoşulan simalar var. Belə ki,  müğənni Şəbnəm Tovuzlu həmin ailələrdən birini ərzaqla təmin edərək, bir otaqlı mənzil tikdirmək sözü verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!