Bu şəhərin bütün sakinlərinə təkrar istifadə edilən tibbi maska veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəhərin bütün sakinlərinə təkrar istifadə edilən tibbi maska veriləcək

Dünya

12 May 2020 00:48 963


Paris Bələdiyyəsi sakinləri apteklərdən təkrar istifadə oluna bilən maskaları pulsuz əldə etmələri üçün onlayn qeydiyyatdan keçməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, 11 yaşından böyük bütün parislilər pulsuz tibbi maska ilə təmin ediləcək.

Fransada mayın 11-dən koronavirus epidemiyası fonunda tətbiq olunan məhdudiyyətlərin tədricən aradan qaldırılmasına başlanılıb. pizza hut

Ölkədə məktəblər, geyim mağazaları, ticarət mərkəzləri (Paris istisna olmaqla), bərbərlər, kitab mağazaları, gül salonları açılmağa başlayıb. Eyni zamanda, böyük şəhərlərdəki kafe, bar, restoran, çimərliklər və parklar hakimiyyətin yeni qərarına qədər bağlı qalacaq.

Fransa hakimiyyət orqanlarının daha əvvəl bildirdiyinə görə, ictimai nəqliyyatda maska ​​taxmaq məcburidir, bu qaydanı pozanlar üçün 135 avro (təxminən 249 AZN) cərimə nəzərdə tutulur.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!