“Bu, səhv qərardır, Türkiyə ilə...” - Erməni spikerdən şok sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Bu, səhv qərardır, Türkiyə ilə...” - Erməni spikerdən şok sözlər

Siyasət

14 İyun 2023 00:59 1116


“Mən “Nemesis” abidəsinin ucaldılmasını səhv hesab edirəm, çünki bu, dövlət siyasətinə uyğun deyil və ola da bilməz”.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O qeyd edib ki, indi Türkiyə ilə münasibətlərin həlli üçün indi unikal tarixi fürsətdir: “Erməni tərəfi buna hazırdır”.

Qeyd edək ki, "Nemesis" abidəsi bu il aprelin 23-də İrəvanda ucaldılıb.

“Nemesis” əməliyyatı “Daşnaksütyun” terror təşkilatının ötən əsrin əvvəllərində Azərbaycan və Osmanlıya qarşı keçirdiyi terror aksiyasıdır. O dönəmdə erməni terrorçular tərəfindən qətlə yetirilənlər arasında Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri də olub./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!