Bu şəxslər 5 min manat cərimələnəcək   - İyulun 1-dən etibarən...

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər 5 min manat cərimələnəcək - İyulun 1-dən etibarən...

Sosial

29 İyun 2021 18:27 5371


İyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan bir qrup plastik qablardan istifadə edənlər cərimələnəcək.

Yenisabah.az xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan cərimə insanların plastik qablardan istifadəsini məhdudlaşdırmaq üçündür. Sezar pizza

"Fiziki şəxslər üçün ilk dəfə 1000-1500, növbəti dəfələrdə isə 1500-2000 manat, hüquqi şəxslər barədə isə ilk hal üçün 3000-4000, növbəti dəfə 4000-5000 manat cərimə nəzərdə tutulub".

Qeyd edək ki, mövcud qanunvericiliyə görə iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!