Əli Əsədov kirayə pulu ilə bağlı qərar imzaladı -   Hər ay 100 manat veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov kirayə pulu ilə bağlı qərar imzaladı - Hər ay 100 manat veriləcək

Rəsmi

21 May 2026 17:50 121


Azərbaycanın dövlət orqanlarının azad edilmiş ərazilərdə işləyən əməkdaşlarının mənzil kirayəsi xərclərini hökumət ödəyəcək.

“Yeni Sabah” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarda əksini tapıb.

Qərarla müəyyən edilib: Marqarita pizza

- dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək: 

- nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün ödəniləcək;

- nəzərdə tutulan şəxslərlə birlikdə yaşayan və 3 nəfərdən artıq olmamaqla hər bir ailə üzvü üçün 50 manat məbləğində əlavə vəsait ödəniləcək.

Dövlət orqanlarının rəhbərlərinə tapşırılıb ki, bu qərarda göstərilən

şəxslərin sayı haqqında hər il iyulun 1-nə olan məlumatın işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri və ya müvafiq ərazidə çoxmənzilli binaların idarə edilməsi sahəsində fəaliyyət göstərən qurumlarla razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!