ŞAD XƏBƏR! Bu tarixdən ət ucuzlaşacaq

saytların hazırlanması

Evə çatdırılma

ŞAD XƏBƏR! Bu tarixdən ət ucuzlaşacaq

Sosial

30 May 2026 12:35 161


Qurban bayramı ilə əlaqədar ölkədə dana və quzu ətinin qiymətində artım qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, ötən iki gündə Bakıda dana əti 17-18, quzu əti isə 22-23 manata satılıb. Rayonlarda isə bu qiymət müvafiq olaraq 16-17, 20-21 manat arasında dəyişib.

Bakının Zabrat kəndində iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsimi ilə məşğul olan Elxan adlı şəxs saytımıza açıqlamasında qiymət artımının müvəqqəti xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, Məhərrəm ayının başlaması ilə qiymətlər yenidən sabitləşəcək. pizza

"İyunun 16-da Məhərrəm ayı başlayır. Təxminən iki ay Bakıda toy və nişan məclisləri keçirilməyəcək. Bu zaman qirmızı ətə olan tələbat kəskin aşağı düşəcək. İyunun 16-dan etibarən dana ətinin qiyməti 1, quzu ətinin qiyməti isə ən azı 2 manat ucuzlaşacaq", - deyə qeyd edib./Mətbuat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!