Bu tibb işçiləri 50 manata saxta pasport satıblar - Video

saytların hazırlanması

Evə çatdırılma

Bu tibb işçiləri 50 manata saxta pasport satıblar - Video

Sosial

10 Oktyabr 2021 11:07 1549


Azərbaycanda saxta COVID-19 pasportu satan daha üç tibb işçisi saxlanıb.

“Yeni Sabah” "Xəzərxəbər"ə istinadən xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinə pul müqabilində bəzi vətəndaşlara vaksin olunmadan saxta COVID-19 pasportlarının verilməsi barədə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən Göyçay Rayon Mərkəzi Xəstəxanasının işçiləri- şəhər sakini H.Eyvazova, İ.Məmmədova və L.Vəliyeva saxlanılıblar. Dördpendirli pizza

Aparılan araşdırmalar zamanı məlum olub ki, onların qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara əlli, yüz manat qarşılığında vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, adı çəkilən tibb işçilərinin ümumilikdə neçə nəfərə saxta COVID-19 pasportu satmaları ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!