“Bu yaşdan sonra...” - Lalə Məmmədova ikinci dəfə evlənmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

“Bu yaşdan sonra...” - Lalə Məmmədova ikinci dəfə evlənmək istəyir

Şou

04 Dekabr 2019 09:50 13688


Əməkdar artist Lalə Məmmədova ikinci dəfə evlənmək istədiyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, o bu haqda bu haqda “Xəzər” TV-də yayımlanan "Hər şey daxil" verilişində deyib:

"Yəqin ki, o insan hələ qarşıma çıxmayıb. Yenidən ailə qurmaq istəyirəm. Qadınlar olmayan bir şey haqda düşünmür. Hazırda mənə maraqlı olan övladlarımdır, övladlarımın təhsili ilə maraqlanıram. Amma niyə də olmasın? Amma gərək məni olduğum kimi qəbul etsin, çünki bu yaşdan sonra dəyişə bilmərik”. pizza sifarişi

Əməkdar artist “Kasıba gedərdinizmi?” sualını da cavablayıb:

“İnsan sevsə, gözünə görünməz. Səni olduğun kimi qəbul edirsə, sənə diqqət, qayğı göstərən biri olsa, qalan şeylər gözünə görünməyəcək. Amma bu gün mən artıq ayaq üstə dura bilirəmsə, özüm-özümü təmin edə bilirəmsə, heç olmasa mənim səviyyəmdə olmalıdır. Demirəm, məndən üstün olsun, heç olmasa, mənim səviyyəmdə olmalıdır. Çünki istər-istəməz o fərq həyatda özünü göstərir”.

Qeyd edək ki, əməkdar artist Lalə Məmmədova İlham Qafarov adlı şəxslə ailəli olub. Onların bu nigahdan Nərgiz və Çinarə adında qızları var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!