7 Oktyabr - 00:07
“Buna kim yaxşı baxar ki?” - FHN yanında İctimai Şuranın üzvü

“Buna kim yaxşı baxar ki?” - FHN yanında İctimai Şuranın üzvü

Siyasət

16 Avqust 2022 10:33 2925


"Mən hazırda kənardayam, lakin qısaca onu deyə bilərəm ki, bütün hallarda belə şeyə pis baxılır".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyi (FHN) yanında İctimai Şuranın üzvü Emin Həsənli deyib.

O, ötən gün sosial şəbəkələrdə yayılan məlum videolar barəsində fikirlərini bölüşüb.

Xatırladaq ki, görüntülərdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis köməkçisi polkovnik-leytenant Zaur Mirzəyevin olduğu iddia olunur.

E.Həsənli əlavə edib:

"Buna kim yaxşı baxar ki? Amma mən elə yerdəyəm ki, danışa bilmirəm. Sözsüz ki, İctimai Şurada biz belə halları müzakirə edəcəyik. Ümumiyyətlə, nəinki İctimai Şura, eləcə də hər bir ölkə vətəndaşı belə halları pisləyir. Bu hərəkətlər iş yerində nə insana, nə Azərbaycanın dəyərlərinə, nə məmura, nə də vəzifə adamına yaraşmır. Hamı bu hərəkəti qınayır. Bunun heç bir tutacaq tərəfi yoxdur. Bu, həm nizamnaməyə, həm qanunvericiliyə, həm də milli dəyərlərimizə ziddir. Ona görə də aidiyyəti ölçülər götürüləcək.

Cəza tədbirləri də təbii ki, olacaq. FHN bunu araşdırıb nizamnamə və qanun çərçivəsində qiymət verəcək".

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!