16 Avqust - 05:22
“Bunları yeyib kişilər arvad, arvadlar da kişi olur“  - Əməkdar artist

“Bunları yeyib kişilər arvad, arvadlar da kişi olur“ - Əməkdar artist

Şou

24 İyun 2022 13:14 1619


"Həyat insana bir dəfə verilir. İkincisi mümkün olsaydı, bir dəfə yığardıq, o birisində yeyərdik. Elə adam var ki, gözü doymur. Yığ, yığ, bir də görürsən elə məqamda başını qoyursan ki... Ya övlad fərsiz çıxır, ya da qohum dağıdır malını. Üç, beş mərtəbə ev tikir, oturur mətbəxdə. Bunu birmərtəbə tik, hər şəraitin olsun, gözünü Allah doydursun".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Xoş-beş" proqramında deyib. Qarmon ifaçısı qəbiristanlıqlardakı dəbdəbəli məzarlardan söz açıb:

"Qəbiristanlığa getdim, ata-anamın məzarını ziyarət edirdim. Nə ölünün, nə dirinin hörməti qalıb. Bir azdan bizim ölümüzün üstünə gələn olmayacaq. Baxırsan "movzoley" tikib, biri heykəl qoyub. Altı eynidir, qurd, quşdur. Bunu buna ödəyincə, ver yetim-yesirə. Səxavət ibadətdən güclüdür. Səxavətiniz olsun. O dünyada deyəcəklər nə etdin? Birinin qapısına çörək apardın? Amma etdiyini demə, Allah görür".

Musiqiçi bahalı geyimləri ilə gündəmə gələnləri tənqid edib:

"Mənim belə imarətim, maşınım var, ayaqqabıma bu qədər pul verdim. Ay dünya malı ilə sevinən, nə apracaqsan? Sənə kəfən qismət olacaq, ya olmayacaq. 20 Yanvar oldu, necə gənclər getdi. Eləsi oldu ki, asfaltla bir oldu, kəfənə də yığılmadı. 

Bilmirəm sudandır, yeməkdəndir, insanlar vəhşiləşib. Bu günlərdə çiyələk alıram, baxıram böyük. Deyirəm bu boyda çiyələk olar, elə bil dərman vurublar. Satıcı oğlan deyir, bibi, elə budur da olan. Ona görə də bunu yeyirlər, kişilər olur arvad, arvadlar da olur kişi". /axsam.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!