“Bunu edən adam insanlıqdan çıxıb, polis onu...”

saytların hazırlanması

Evə çatdırılma

“Bunu edən adam insanlıqdan çıxıb, polis onu...”

Sosial

02 Sentyabr 2023 13:35 3387


Çoxlarımız kiçik yaşlarımızda itin, pişiyin quyruğunu, qulağını kəsən, qarışqaların yuvasını dağıdaraq bundan zövq alan uşaqlarla qarşılaşmışıq. Müasir dövrdə isə heyvanlara zülm verənlər həm də böyüklərdir. 

Artıq insanların yalnız bir-birinə deyil, digər canlılara-heyvanlara qarşı da vəhşi əməlinin şahidi oluruq. Məsələn, son günlərdə sosial şəbəkələrdə pişiyinin əl-ayağını bağlayaraq suda boğan, uzunqulağı maşının arxasına iplə bağlayaraq sürüyən, Nərimanov rayonunda pişiklərin gözünə yod tökən şəxslər ictimailəşdirilərək tənqid hədəfinə çevrildilər. 

Məsələ ilə bağlı psixoloq Gülnar Orucova Yenisabah.az-a danışıb. Psixoloq deyib ki, bu, birbaşa insan psixologiyası ilə bağlıdır. Belə hal uşaqlıqda yaranan və illər uzunu davam edən aqressiya və psixoloji pozuntunun nəticəsidir:  pizza hut

"Bu hadisələrdən əvvəl ət götürdüyü üçün pişiyin ayaqlarını kəsən qəssabı, iti maşının arxasına bağlayıb sürüyən tələbələri, yapışqanla itin quyruğunu bir-birinə yapışdıran insanlıqdan çıxmış insanları da görmüşdük. Əgər bir adam bunu edirsə, onun insanlığı sorğulanmalıdır. Allah bizə zəka, şüur, düşüncə verib, amma bu insanlar psixoloji problemi olan şəxslərdir. Çünki normal düşüncəyə sahib olan heç bir insan heyvanlara əziyyət vermir. Bizdən qayğı, sevgi istəyən bir canlıya zülm ediriksə, deməli, zamanında ata-ana bizə sevgi verməyib, mərhəmətin nə olduğunu öyrətməyib, canlıya qayğı nədir başa salmayıb. 

Azərbaycanda körpəlikdən uşaqların beyninə yeridirlər ki, "itə daş at", "it gördünsə, qaç", "pişiyə təpik vur" vəs. Əgər övladına uşaqlıqdan bunları deyirsənsə, əlbəttə ki, o uşaq böyüyəndə heyvanlara başqa cür - daha qəddarcasına zülm edəcək. Əgər uşaq ailədə ata, anadan mərhəmət, sevgi, diqqət görmürsə, aqressivləşir və o sevgini kənarda axtarmağa başlayır. Məncə, insan birinci özü-özü sevməlidir, daha sonra sevildiyini hiss etməlidir. İnsanlar sevildiyini hiss etmədikdə aqressivləşirlər. Aqressiya isə kin və nifrət kimi duyğuların əsasında formalaşır. Bu özünü əvvəlcə kobud sözlərlə, sonra isə heyvanlara zülm etməklə göstərir. Bir müddət sonra həmin şəxslər qatilə çevrilə bilir. Bu gün heyvanlara gücü çatdığı üçün onlara zülm edən şəxs sabah cəmiyyətə yönəlmiş aqressiya göstərəcək". 

G.Orucovanın sözlərinə görə bu cür insanlar hüquq-mühafizə orqanları tərəfindən məcburi şəkildə psixoloji müalicəyə yönləndirilməlidir:

"Belə insanlar istəsələr də, istəməsələr də onları psixoloji yardıma məcbur etmək lazımdır. Dövlətin psixoloji dispanseri var, həmin polis, insanları hüquq-mühafizə orqanları ora aparmalıdır. Onlar bilməlidir ki, heyvana zülm edən insan psixoloji baxımdan problemlidir, onun psixiatrik problemləri var və müalicə almalıdır.

Hər şey ailədən başlayır, əgər ana-ata heyvanları sevirsə, mütləq övlad da onları sevəcək".

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!