“Bunu özəl sektordan tələb etmək düzgün deyil”

saytların hazırlanması

Evə çatdırılma

“Bunu özəl sektordan tələb etmək düzgün deyil”

İqtisadiyyat

20 Avqust 2026 11:45 61


Ölkədə sellofan paketlərin istifadəsi tədricən qadağan olunur və bununla bağlı müəyyən məhdudiyyətlər tətbiq edilir.

Bu sözləri “Yeni Sabah”a İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib.

Onun sözlərinə görə, hazırda marketlərdə həmin paketlərin pulla satılmasının başlıca səbəblərindən biri onların alışının qarşısını almaqdır: Toyuqlu pizza

“Yəni ödənişli olduğunu görüb istifadə etməsinlər və beləliklə, sellofan paketlərdən istifadə minimuma ensin. Çünki ucuz olarsa, əhali yenidən onlardan daha çox istifadə etməyə başlayacaq. Digər tərəfdən, insanlar özlərinə dəfələrlə istifadə oluna bilən bazar çantaları ala bilərlər. Keçmişdə də belə təcrübə var idi və həmin çantaları illərlə işlətmək mümkün olurdu. Əgər bu cür çantalara maraq artarsa, bu da yeni bir biznes sahəsinə çevrilər, çünki onları istehsal edən və tikən şirkətlər mövcuddur. Bu çantaların dövlət tərəfindən ödənişsiz təklif olunması daha yaxşı olardı, lakin hazırda bunu özəl sektordan tələb etmək düzgün deyil”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!