“Bunun nəslində kişi yoxdur, çıxsın desin ki, bu uşaqları haradan doğdun?” 

saytların hazırlanması

Evə çatdırılma

“Bunun nəslində kişi yoxdur, çıxsın desin ki, bu uşaqları haradan doğdun?” 

Şou

06 Sentyabr 2025 10:38 69458


 Son zamanların ən çox tənqidə uğrayanları şou-biznesdəki bir sıra qadın müğənnilərdir. Bir-birinə baxaraq, həvəslənən, ard-arda plastik, estetik əməliyyatlar üçün bıçaq altına yatan şou-biznes nümayəndələri əksər hallarda cəmiyyətin qınağına tuş gəlirlər. 

Ən əsası isə bədənşəkilləndirmə əməliyyatından çıxaraq, dar, cazibədar libasda səhnəyə atılan ifaçıların bəzi davranışları, qonaqlara bədən fiquralarını nümayiş etdirmələri birmənalı şəkildə kəskin tənqid hədəfinə çevrilib.

Bəs bu qədər qınağa rəğmən onları şənliklərə, toy məclislərinə çağıran kimlərdir? Pepperoni pizza

Müğənni Afət Fərmanqızı “Yeni Sabah”a açıqlamasında deyib ki, əgər insanlar belə məsələləri tənqid edirsə, alqışlayır, nəhayət ki, ayılıblar:

“Mən bununla bağlı bir cümlə deyəcəm. Ümumiyyətlə, sözüm konkret kiməsə deyil, amma ümumi danışıram ki, hər ailə özünün əxlaqına uyğun müğənniyə qulaq asır. Kim necədirsə, onun əxlaqına da o cür müğənni uyğun gəlir. Ona görə də zövqlər müxtəlifdir. Kimin əxlaqı necədirsə, müğənnisi də o cürdür.

Məsələn, mən heç o bədən şəkilləndirməni də kənara qoyuram. Ən müqəddəs gündə ailələrində xeyir-duanı kim verir? Başqasının ərindən “bicdoğan”. Qız-qız ərə getməyib ata evində, bir qardaş, ata, nə bilim, nəslində kişi yoxdurmu, çıxsın desin ki, sən bu uşaqları haradan doğdun? Ədəb-ərkanla ərə getmədin, telli-duvaqlı ərə getmədin. 

Bilirsən, qardaşın altına maşını qoyur, cibinə pulu qoyur, danışa bilmir. Namus-qeyrəti kənara atır, görməzdən gəlir. Bax, bundan danışmaq lazımdır. Yerdən qalxan qızlara da pis nümunədir, pis örnəkdir. Bir balaca çətinə düşən kimi dərs oxuyub normal təhsil alıb, yaxşı bir müəllimə, yaxud həkim olmaq əvəzinə görürsən ki, müğənnilərin sayı günü-gündən artır. Niyə? Asan qazanc yoludur. Deyir, gedib bədən şəkilləndirəcəm, bir evli kişi tapacam, bəzilərinin yolu ilə gedəcəm, sonra uşaq doğub həmin uşaqlarla şantaj edəcəm. Deyəcəm ki, bu uşaqları hara buraxırsan? Bax, belə yollarla əllərində saxlayırlar.

Mən isə tam əksinə istəyərdim sizdən – yazın ki, onlar 6 min dollara, 10 min dollara toya gedirlər. Onları toya aparan kimdir? Elə özlərinə layiq adamlar. Halbuki bizim səhnədə o qədər əxlaqlı müğənnilər var ki… Vallah, mən utanıram müğənni olduğumu deməyə. Əgər belə davam edərsə, özümə başqa iş quracam və səhnədən gedəcəm. Çünki belə əxlaqsız, belə bicdoğanların ucbatından sənətimiz dəyərdən düşür.

Bizim vaxtımızda belə şey eşidilməzdi. 10 ildən bir olardı ki, filankəsin qızı ərə getmədən ata evində hamilə qaldı, pıçıltı ilə danışardılar və ona heç kim salam verməzdi. İndi isə bunu efirdən təbliğ edirlər. Sosial şəbəkələrdə gözümüzə soxurlar. Niyə?”

Müsahibimiz onu da qeyd edib ki, həmin kəslərə görə artıq öz sənətindən utanmağa başlayıb:

“Şəxsən mən, müğənni olduğumu deməyə bəzilərinə görə utanıram. Axı bu sənət gözəl sənətdir. Bu sənətdə nümunəvi xanımlarımız çoxdur, Allah onları qorusun.  Məsələn, Elnarə Abdullayeva – həm sənəti, həm də əxlaqı ilə seçilən xanım. Gülyaz xanım, Gülyanaq xanım – belə adlar çoxdur. Çağırın onları, 10-20-50 min verin beləsinə.  Düzdür, muğam oxuyanların arasında daha çox nümunəvi xanımlarımız var. Amma şou-biznesdə də var, tapmaq olar. Şou-biznesdə də gözəl xanımlarımız mövcuddur”.

 Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aydan
    Guya ozu ele deyilde 11 ci sinif sagirderinin yupkalarni geyinib efire cixan bu deyildi ele bil qalmisdi yarim.metre colde
    8 months ago
  • Leyli
    Xanim yox bey cagirin toylara..hokmen xanim olmalidrki mugam oxuyan yada bayagi musiqiler. .) klassikaya ustunluk verin en gozeli...kisiler oxusun soz sohbet olmasin ))
    8 months ago
  • Şükür Məmmədov
    Razıyam. Bəziləri pulların kimi hər şey yaddan çıxır. Ədəb-ərkan da ,namus-qeyrət də.
    8 months ago