“Bursaspor“ qalib gəldi, Namik pul mükafatı alacaq

saytların hazırlanması

Evə çatdırılma

“Bursaspor“ qalib gəldi, Namik pul mükafatı alacaq

İdman

06 Fevral 2022 13:10 867


Azərbaycanlı futbolçu Namik Ələskərovun çıxış etdiyi “Bursaspor”un futbolçuları 1-ci liqanın 23-cü turunda “Altınordu”nu məğlub etdiklərinə görə mükafat alacaqlar. 

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bursa təmsilçisinin üzvləri qələbəyə görə pul mükafatı alacaq. Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş matçdan əvvəl “Altınordu” ilə oyundakı qələbəyə görə futbolçulara və məşqçilər heyətinə mükafat veriləcəyini bildirib. Futbolçuların mükafatları çərşənbə günü veriləcək.

“Bursaspor”un “Altınordu”nu məğlub etdiyi matça start heyətdə başlayan Namik, vurulan yeganə qolun ötürməsini edib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!