“Bütün dövlət məmurları bilməlidir ki...” - Prezidentdən xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

“Bütün dövlət məmurları bilməlidir ki...” - Prezidentdən xəbərdarlıq

Siyasət

30 Yanvar 2019 03:00 1239


“Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər”.

“Yeni Sabah” xəbər verir ki, bunu prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransında deyib. İcra başçılarının da iştirak etdiyi tədbirdə tapşırıqlar verib: “Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır”.

  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!