Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Bütün sualların cavabı Mədəniyyət Nazirliyindədir“  - Firəngiz Mütəllimova
18 İyn 2021 14:07
1228

“Bütün sualların cavabı Mədəniyyət Nazirliyindədir“ - Firəngiz Mütəllimova

Xalq artisti Firəngiz Mütəllimova teatrların açılmamasından gileylənib.

Yenisabah.az-a danışan Dövlət Akademik Milli Dram Teatrının aktrisası payız aylarında teatrların açılacağına ümid etdiyini deyib:

"İdman zalları, “mall”lar, məscidlər açıldı, hər şey mərhələli şəkildə olur. Biz aktyorlar onsuz da yay ayında məzuniyyətə çıxırıq, mənə elə gəlir ki, bu şad xəbər bizə sentyabr ayında veriləcək və teatrlar da açılacaq”.

Bir ildən çoxdur səhnədən uzaq qalan sənətçi bunun yaradıcılıqlarına ciddi təsir etməyini bildirib:

“Bir ildən çoxdur evdəyik. Mən də düşünürdüm ki, bu sənətçilərin performansına mənfi təsir edəcək, amma belə olmadı. Bir müddət əvvəl mən videorolikdə iştirak etdim. Çəkiliş üçün teatra gedəndə çox böyük həyəcan içərisində idim. Fikirləşirdim ki, bir ilə yaxındır yoxam, görəsən necə olacaq, bacaracağammı? Lakin teatra girəndə elə hiss gəldi ki, sanki elə dünən buradan çıxmışdıq. Səhnəyə çıxan kimi bütün həyəcanım itdi. Məşqlər başlasa, işlərimizə davam etsək, hər şey qaydasına düşüb, əvvəlki  kimi olacaq”.

F.Mütəllimova bir müddət öncə dünyasını dəyişən həmkarı Xalq artisti Arif Quliyev barədə də danışıb.

O, mərhum həmkarının ailəsinin vəziyyətindən xəbərdar olmadığını qeyd edib:

“Arif Quliyevlə bağlı bütün sualların, bütün gileylərin cavabı Mədəniyyət Nazirliyindədir. Sənət dostlarının nə isə etməyinə qalanda isə, hazırda pandemiya şəraitidir, heç dəfnə gedə bilmirik, çox şey qadağandır. Arif müəllim bizim teatrda aktyor olsaydı, nəsə etmək olardı. Öz teatrmızın aktyorları haqda hər şeyi bilirəm, amma Arif müəllim sadəcə sənət dostum, çox istədiyim həmkarım olub deyə haqqında bütün məlumatları bilmirəm. Heç ailəsinin məzardaşını götürməyə maddi imkanı olmadığını da bilmirdim, mətbuatdan oxudum. İnşallah, hər şey yaxşı olar, hər şey ailəsinin ürəyincə olar”.

Əsmətxanım

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər