“By Ella” ləqəbli bloger azadlığa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

“By Ella” ləqəbli bloger azadlığa çıxdı

Kriminal

20 Avqust 2026 15:12 38


Bir müddət öncə həbs edilən "By Ella" ləqəbli bloger Lalə Məmmədova azadlığa buraxılıb.

"Yeni Sabah" unikal.az-a istinadla xəbər verir ki, Lalə Məmmədovaya qarşı irəli sürülən ittiham üzrə onun təqsiri sübuta yetirilmədiyindən barəsində aparılan cinayət işi qapadılıb.

Bununla da xanım bloqer azadlığa buraxılıb. pizza sifarişi

Xatırladaq ki, Lalə Məmmədova iyulun sonunda hava limanında saxlanılıb və məhkəmə qarşısına çıxarılıb.

Daha sonra Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!