“Çalışırıq ki, “Qarabağ“ - “Molde“ matçı Bakıda keçirilsin“ - Elxan Məmmədov

saytların hazırlanması

Evə çatdırılma

“Çalışırıq ki, “Qarabağ“ - “Molde“ matçı Bakıda keçirilsin“ - Elxan Məmmədov

İdman

02 Sentyabr 2020 17:32 1065


"Püşkə əsasən, oyun Bakıda olmalıdır. Lakin müxtəlif ölkələrdə fərqli-fərqli qaydalar tətbiq olunur. Bunu nəzərə alaraq, əlavə danışıqlar aparılır".

Yenisabah.az xəbər verir ki, bu fikirləri "report"a eksklüziv açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Qarabağ" və "Molde" arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu ətrafında yaranmış situasiyanı şərh edərkən deyib.

Milli assosiasiya rəsmisi oyunun Azərbaycan paytaxtında təşkili üçün Ağdam təmsilçisi ilə birgə çalışdıqlarını diqqətə çatdırıb: "AFFA, "Qarabağ" rəhbərliyi və nümayəndələri gün ərzində bir neçə dəfə UEFA, Norveç Futbol Federasiyası və "Molde" rəsmiləri ilə danışıqlar aparırlar. pizza

Hələ oyunun məkanı ilə bağlı qərar verilməyib. Çünki Norveçdə fərqli karantin rejimi tətbiq olunmaqdadır. Ümidvaram ki, tezliklə müvafiq qərar qəbul ediləcək".

"Molde" Azərbaycandan dönüşdə Norveçdə 10 günlük karantinlə üzləşəcəyini əsas gətirərək, "Qarabağ"la matçın neytral meydanda keçirilməsi xahişi ilə UEFA-ya müraciət ünvanlayıb. Avropa futbol qurumu hələlik oyunun konkret tarixi və məkanı ilə bağlı qərar qəbul etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!